Avropa Şurasının Bakıdakı Ofisi ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Ədliyyə Akademiyası ilə birgə vəkillər üçün “Avropa İnsan Hüquqları Konvensiyasına Giriş” HELP distant kursuna ərizələrin qəbulunu elan edir. (Avropa Şurasının HELP Proqramı – Hüquqşünasların İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı)
Distant kursu Avropa Şurasının HELP Proqramının sertifikatlı təlimçiləri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Sevinc Əliyeva və Babək Həmidov aparacaqlar.
3 aylıq onlayn kursun aprelin ilk ongünlüyündə başlanması nəzərdə tutulur.
Kursu uğurla başa vuran iştirakçılara Avropa Şurasının HELP sertifikatı təqdim olunacaq.
Kursda iştirak etmək arzusunda olan vəkillər CV-lərini 31 mart 2019-cu il tarixədək vafa.rovshanova@coe.int e-mail ünvanına göndərə bilərlər.
Ətraflı məlumat üçün vafa.rovshanova@coe.int e-mail ünvanına yaza və ya (+99412) 599 11 62 (daxili: 17) zəng vura bilərsiniz.