Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkil Klubu Azərbaycanda vəkilliyinin 100 illiyi münasibəti ilə “I Vəkil Şahmat” yarışmasının keçirilməsini nəzərdə tutmuşdur.
Məqsəd
Yarışmanın məqsədi ölkədə şahmat idman növünün inkişafına dəstək olmaq, vəkillərin şahmat idman növünə olan bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq və onların bacarıqlarını qiymətləndirməkdir.
İştirak
Müsabiqədə vəkillərin və vəkil köməkçilərinin iştirakı nəzərdə tutulur.
Müraciət
Vəkillər müraciət etdikləri zaman vəkil vəsiqələrinin, vəkil köməkçiləri isə bu barədə müvafiq sənədin (əmr və s.) surətini təqdim etməlidirlər.
Yarışmaya qatılmaq istəyən şəxslər aşağıdakı əlaqə vasitələri ilə öz istəklərini bildirə bilərlər:
+994704342426 (Paşa Səfərov)
+994502107596 (Pənah Məmmədov)
elektron poçt:
safarovpasha@gmail.com
Turnirin mükafat fondu 900 manat təşkil edir.
Tarix
Turnirin açılış mərasimi 01 iyun 2019-cu il tarixdə olacaqdır. Yarışmanın keçirilmə yeri və qaydası barəsində iştirakçılara 3 gün öncə məlumat veriləcəkdir.
Yarışmada iştirak üçün müraciətin son müddəti 12 may 2019-cu il, saat 17:00-da bitir.
Mükafat qazanan şəxslər barədə məlumat www.barassociation.az ünvanında elan olunacaqdır.
Mükafat
Birinci yer – 400 manat + Diplom
İkinci yer – 300 manat + Diplom
Üçüncü yer – 200 manat + Diplom
Əlaqə:
Telefon: (+994)556807067
Ünvan: Bakı şəhəri, C.Hacıbəyli 100, AZ 1007