Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASI RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

01 aprel 2019    2229 share share

Bugün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, vəkilliyə qəbulla bağlı 30.03.2019-cu il tarixdə keçirilmiş yazılı test imtahanının nəticələri, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinə hazırlıq işləri barədə iclas iştirakçılarına məlumat vermişdir.

İclasda vəkillərin başqa vəkil qurumuna keçmək, kollegiya üzvlüyünə qəbul, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılmış, o cümlədən, aprel ayı üçün Bakı şəhəri və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiq edilmişdir.

Bundan başqa, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı 30.03.2019-cu il tarixdə keçirilmiş ixtisas imtahanının yazılı test mərhələsində ən yüksək bal toplayaraq fərqlənmiş vəkilliyə namizədlər iclasa dəvət olunmuş, onlar göstərdikləri nəticə münasibətilə təbrik edilmiş, gələcək mərhələlərdə uğurlar arzu edilmişdir.

İclasda həmçinin bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.