Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN - Vergi Məcəlləsinə edilən son dəyişikliklər (hüquqi və iqtisadi istiqamətlərdə) və Bank hüququnun əsasları mövzusunda seminarlar

04 aprel 2019    2021 share share

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2019-cu il fəaliyyət planında Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində vəkillər üçün silsilə seminarların keçirilməsi nəzərdə tutulur. 

Bunu nəzərə alaraq, 16.04.2019-cu il tarixdə “Vergi Məcəlləsinə edilən son dəyişikliklər (hüquqi və iqtisadi istiqamətlərdə)” və 08.05.2019-cu il tarixdə “Bank hüququnun əsasları” mövzusunda növbəti seminarların keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, seminarlarda ekspert qismində 16.04.2019-cu il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin Maliyyə və təchizat şöbəsinin müdiri Elçin Paşayev və 08.05.2019-cu il tarixdə Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənovun cəlb olunması nəzərdə tutulur.

Təlimdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər iştirak barədə niyyət məktubunu Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına (orkhan.babayev@barassociation.az) göndərə bilərlər.

Qeyd: Seminarların keçiriləcəyi yerlə bağlı əlavə məlumat veriləcəkdir. Seminara seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin seminarda iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır. Həmin şəxslərə gələcəkdə keçiriləcək seminarlarda iştirak üzrə seçim aparılarkən üstünlük veriləcəkdir.