Azərbaycan Respublikası Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası ilə birgə əməkdaşlıq çərçivəsində vəkillər üçün “Vəkillərin hüquqi yazı bacarıqlarının təkmilləşdirilməsi məsələləri” mövzusunda təlim keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 26 aprel 2019-cu il tarixdə saat 10:00-da Ədliyyə Akademiyasında keçiriləcək təlimdə “Hüquqi yazı texnikası”, “İddia ərizələrinin tərtibinin təcrübi məsələləri” və s. mövzularda müzakirələr aparılacaqdır.
Təlimdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər 20 aprel 2019-ci il tarixədək iştirak barədə niyyət məktubunu Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına (orkhan.babayev@barassociation.az) göndərə bilərlər.
Qeyd: Müraciət üçün nəzərdə tutulan son tarixdən sonra seminara seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin seminarda iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır. Həmin şəxslərə gələcəkdə keçiriləcək seminarlarda iştirak üzrə seçim aparılarkən üstünlük veriləcəkdir.