Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarının Ofisi ilə birgə əməkdaşlıq çərçivəsində “Ədalət Mühakiməsinin həyata keçirilməsi sahəsində Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Sistemi və Müdafiə Mexanizmi: Praktik tətbiqi və perspektivlər” mövzusunda seminar keçiriləcəkdir.
Seminarda Vəkillər Kollegiyasının sədri Anar Bağırov, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı Ofisinin İnsan Hüquqları üzrə Baş Müşaviri Vladimir Şkolnikov və digər şəxslərin çıxışları dinləniləcəkdir.
Qeyd edək ki, 18 aprel 2019-cu il tarixdə saat 09:30-da HYATT REGENCY mehmanxanasında baş tutacaq seminarda iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər iştirak barədə niyyət məktubunu Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin elektron poçt ünvanına (orkhan.babayev@barassociation.az) göndərə bilərlər.
Qeyd: Müraciət üçün nəzərdə tutulan son tarixdən sonra seminara seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin seminarda iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır. Həmin şəxslərə gələcəkdə keçiriləcək seminarlarda iştirak üzrə seçim aparılarkən üstünlük veriləcəkdir.