Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu və Türkiyənin Özyeğin Universitetinin Hüquq Fakültəsinin birgə təşkilatçılığı ilə “Hüquqi məsuliyyət” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfransda Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov, komissiyanın sədr müavini İlhamə Həsənova, o cümlədən, Türkiyədən yüksək səviyyəli ekspertlərin çıxışları dinləniləcəkdir.
Qeyd edək ki, 29 aprel 2019-cu il tarixdə saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Konfrans zalında baş tutacaq konfransda iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər iştirak barədə niyyət məktubunu Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin elektron poçt ünvanına (orkhan.babayev@barassociation.az) göndərə bilərlər.
Qeyd: Müraciət üçün nəzərdə tutulan son tarixdən sonra konfransa seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin konfransda iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır. Həmin şəxslərə gələcəkdə keçiriləcək tədbirlərdəda iştirak üzrə seçim aparılarkən üstünlük veriləcəkdir.