GMN (Global mediators and negotiators) beynəlxalq təşkilatı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası birgə əməkdaşlıq çərçivəsində 25.04.2019-cu il tarixdə saat 10:00-da Vəkillər Kollegiyası inzibati binasında “Mediasiya və mübahisələrin alternativ həlli” mövzusunda seminar keçirilməsi nəzərdə tutulmuşdur.
Dünyanın bir çox ölkələrində keçirilən seminarların davamı olaraq bu il ölkəmizdə səfərdə olan ekspert Deniz Güner “Məhkəməyəqədər mübahisələrin həlli”, “Mediasiya haqqında qanuna müqayisəli yanaşma” və digər mövzularda müzakirələr aparılacaqdır.
Təlimdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər iştirak barədə niyyət məktubunu Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına (
orkhan.babayev@barassociation.az) göndərə bilərlər.