Hörmətli vəkillər!
Bildiyiniz kimi, bu günə kimi mövcud olan vəkillərin reyestri dövrün tələblərinə, o cümlədən vəkillərin və hüquqi xidmətdən yararlanan əhalinin maraqlarına cavab vermirdi.
Vəkillərin reyestrinin elektron versiyada, ictimaiyyətə açıq şəkildə yenidən hazırlanması və Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yerləşdirilməsi üçün işlər davam etməkdədir.
Bu məqsədə nail olmaq üçün bütün vəkillərin özlərinin anket məlumatlarını Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim etmələri zərurəti yaranmışdır..
Bunun üçün http://www.barassociation.az/advertisements keçidinə daxil olaraq müvafiq Excel faylı endirməyiniz, həmin faylda tələb olunan bütün məlumatları dəqiqliklə daxil etməyiniz və faylı sanan.shirinov@barassociation.az ünvanına göndərməyiniz xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, tələb olunan məlumatların yalnız bir hissəsi ictimaiyyətə açıq olacaqdır. Məlumatların digər hissəsi isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin daxili uçotu üçün tələb olunmaqdadır.
Bundan əlavə, reyestrə əlavə edilməsi üçün fotostudiyada 768x768 piksel ölçüdə çəkilmiş fotoşəkilinizin elektron variantını yuxarıda qeyd edilmiş ünvana əlavə olaraq göndərməyiniz də xahiş olunur.
Əlavə məlumat üçün: 050-442-20-02