Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLİYİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ DANIŞIQLAR MÜSABİQƏSİNİN FİNALI KEÇİRİLMİŞDİR

24 aprel 2019    438

Aprel ayının 20-21-də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və ELSA Azərbaycanın Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti birgə layihəsi, 2-ci ELSA Danışıqlar Müsabiqəsi baş tutmuşdur. ELSA Danışıqlar Müsabiqəsi iki tərəf arasında danışıqlar prosesinin simulyasiyasıdır. Bu məqsədlə, müştərini və ya partiyanı təmsil edən iki hüquq tələbəsi və ya gənc hüquqşünasdan ibarət iki komanda hüquqi mübahisəni müzakirə edir və bu simulyasiya hüquqşünas hakim və ya hakimlər tərəfindən müşahidə edilərək sonda qiymətləndirilir.

Müsabiqədə müxtəlif universitetlərdən ümumilikdə 16 komanda iştirak etmiş və onlardan sadəcə 4-ü yarımfinal mərhələsinə adlaya bilmişdir. İki günlük müsabiqənin sonunda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Bakı Dövlət Universitetinin tələbələri üz-üzə gəlmiş, qaliblər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Rahil Məmmədov və Sara Həsənli olmuşdur. Sonda yarışmanın iştirakçıları mükafatlandırılmış və xatirə şəkili çəkdirilmişdir.