Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər üçün mediasiya üzrə seminar keçirilmişdir

25 aprel 2019    1802 share share

Bugün Vəkillər Kollegiyası Rəyasət Heyətinin inzibati binasında ABŞ-Azərbaycan Ticarət Palatası, GMN (Global mediators and negotiators) beynəlxalq təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində “Mediasiya və mübahisələrin alternativ həlli” mövzusunda seminar keçirilmişdir.

Dünyanın bir çox ölkələrində keçirilən seminarların davamı olaraq bu il ölkəmizdə səfərdə olan ekspert, hüquq elmləri doktoru Deniz Güner tərəfindən “Məhkəməyəqədər mübahisələrin həlli”, “Mediasiya haqqında qanuna müqayisəli yanaşma” və digər mövzularda vəkillərə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallara cavab verilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Tədbirdə Vəkillər Kollegiyasının 20-dək üzvü iştirak etmişdir.