Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Bakıda 3 vəkil bürosu arasında əməkdaşlıq memorandumu imzalanıb

04 may 2019    2070 share share

Bu gün Azərbaycan Vəkilliyinin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən təsdiq olunmuş tədbirlər planı çərçivəsində Bakı şəhəri 20 saylı Vəkil Bürosunda dəyirmi masa keçirilib. 

E-huquq.az xəbər verir ki, tədbirdə Bakı şəhəri 2 saylı, 20 və 21 saylı Vəkil Bürolarının vəkilləri “Hüquq islahatlarında Heydər Əliyev irsi, cinayət prosessual sübutetmədə müdafiəçinin iştirakı imkanları”  mövzularında müzakirələr keçiriblər. Tədbir zamanı hər 3 Büronun vəkilləri öz təcrübələri, maraqlı təklifləri ilə bölüşüb və fikir mübadiləsi aparıblar. 

Görüşdə 2 saylı Vəkil Bürosunun vəkili Bəylər Məmişov və 20 saylı Vəkil Bürosunun rəhbəri İlhamə Həsənova rəhbərlik etdiyi büronun vəkillərinə döş nişanlarını təqdim ediblər. 

Tədbirin sonunda sözügedən bürolar arasında ilk dəfə olaraq əməkdaşlıq barədə memorandum imzalanıb.