Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: “Azərbaycan vəkilliyi – 100 illik” çərçivəsində “I Vəkil Fotoqraf” Yarışması

06 may 2019    3375 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkil Klubu Azərbaycanda vəkilliyinin 100 illiyi münasibəti ilə “I Vəkil Fotoqraf” yarışmasının keçirilməsini nəzərdə tutmuşdur.

Məqsəd
Yarışmanın məqsədi ölkədə mədəniyyət və incəsənətin inkişafına dəstək olmaq, vəkillərin bu sahədə olan bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq və onların bacarıqlarını qiymətləndirməkdir.

İştirak
Müsabiqədə vəkillərin və vəkil köməkçilərinin iştirakı nəzərdə tutulur. Hər bir iştirakçı yarışmaya ən çoxu 3 foto göndərə bilər.

Mövzu
Yarışmanın mövzusu sərbəstdir. İştirakçılar istənilən mövzuda (sosial, təbiət və s.) foto təqdim edə bilərlər.

Foto tələbləri
Fotolar sərgi və çap üçün ən azı 300 dpi ölçüdə və jpeg formatında olmalıdır.

Müraciət
Vəkillər müraciət etdikləri zaman vəkil vəsiqələrinin, vəkil köməkçiləri isə bu barədə müvafiq sənədin (əmr və s.) surətini təqdim etməlidirlər.
Yarışmaya qatılmaq istəyən şəxslər aşağıdakı əlaqə vasitələri ilə öz istəklərini bildirə və fotoları göstərilən elektron ünvanına göndərə bilərlər:
+994704342426 (Paşa Səfərov)
+994502107596 (Pənah Məmmədov)
elektron poçt: safarovpasha@gmail.com
Yarışmanın mükafat fondu 600 manat təşkil edir.

Tarix
Yarışmada iştirak üçün müraciətin son müddəti 25 noyabr 2019-cu il, saat 17:00-da bitir.
Mükafat qazanan şəxslər barədə məlumat www.barassociation.az ünvanında elan olunacaqdır.

Mükafat
Birinci yer – 300 manat + Diplom
İkinci yer – 200 manat + Diplom
Üçüncü yer – 100 manat + Diplom

Əlaqə:
Telefon: (+994) 556807067
Ünvan: Bakı şəhəri, C.Hacıbəyli 100, AZ 1007