Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Ulu öndərin 96-cı doğum günü Vəkillər Kollegiyası tərəfindən anılmışdır

10 may 2019    1043

Bugün – may ayının 10-u Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi qeyd olunur. Qeyd olunmalıdır ki, bu il həm də Ulu Öndər Heydər Əliyevin bilavəsitə rəhbərlik etdiyi Hüquqi İslahat Komissiyasının hazırladığı “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən də 20 il ötür.

Azərbaycan vəkillərinin dərin minnətdarlığını bildirmək üçün mayın 10-də Vəkillər Kollegiyasının rəhbərliyi Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad etmişlər.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri, Rəyasət Heyəti, İntizam və İxtisas Komissiyasının üzvləri Ulu Öndərin məzarı önünə əklil qoymuş, əziz xatirəsinə ehtiramlarını bildirmişlər.