Azərbaycan Respublikası Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası ilə birgə əməkdaşlıq çərçivəsində “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafı ” mövzusunda təlim keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 23 may 2019-cu il tarixdə saat 09:00-da Ədliyyə Akademiyasında keçiriləcək təlimdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev tərəfindən “Bankların iştirakı ilə olan mübahisələrə məhkəmələrdə baxılmasında vəkilin rolu”, Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə” ekspert qrupunun sədri Qorxmaz Ağayev tərəfindən “Müasir şəraitdə bank sisteminin hüquqi tənzimlənmə məsələləri” və s. mövzularda müzakirələr aparılacaqdır.
Təlimdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər iştirak barədə niyyət məktubunu Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına (
orkhan.babayev@barassociation.az) göndərə bilərlər.
Qeyd: Müraciət üçün nəzərdə tutulan son tarixdən sonra seminara seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin seminarda iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır. Həmin şəxslərə gələcəkdə keçiriləcək seminarlarda iştirak üzrə seçim aparılarkən üstünlük veriləcəkdir.