Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR QAYĞIYA EHTİYACI OLAN UŞAQLARI ZİYARƏT EDİBLƏR

19 may 2019    1189 share share

Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə davam edən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosu ilə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Bakı şəhəri, Şağan qəsəbəsində yerləşən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində xüsusi qayğıya ehtiyac duyan uşaqları ziyarət ediblər. Vəkillərimiz bu müəssisədə tərbiyə olunan uşaqlar üçün müxtəlif mədəni tədbirlər təşkil etmiş, rəngarəng hədiyyələrlə onları sevindirmişlər. Həm uşaqlar, həm də vəkillər üçün yaddaqalan bu kimi sosial təşəbbüslərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.