Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏRİMİZ ARTIQ BİRLƏŞMİŞ KRALLIĞIN YURİSDİKSİYASINDA VƏKİLLİYƏ QƏBUL OLUNA BİLƏCƏKLƏR

24 may 2019    5897 share share

Bu günlərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Birləşmiş Krallığın vəkillər birliyi olan Hüquq Cəmiyyəti arasında əldə olunmuş razılığa əsasən, artıq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri Böyük Britaniyada vəkilliyə qəbul üzrə müvafiq imtahanı verməklə orada vəkilliyə qəbul oluna və İngiltərə və Uels ərazisində vəkillik fəaliyyəti ilə məşğul ola bilər.

Birləşmiş Krallıqda vəkilliyə qəbul olmaq üçün azərbaycanlı hüquqşünaslar aşağıdakı meyarlara cavab verməlidirlər:

- Namizəd Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmalıdır;
- Namizəd Azərbaycan Respublikasının bütün ərazisində vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququna malik olmalıdır;
- Vəkil olaraq qəbul edilmək üçün möhkəm xarakterə və yüksək keyfiyyətlərə sahib olmalıdır;
- İxtisaslaşmış Vəkillərin Transfer Sistemi (QLTS - keçid) adlı imtahanları uğurla keçməlidir.

Qeyd olunmalıdır ki, Britaniyada QLTS imtahanlarını ixtisaslaşmış qurum olan Vəkilliyin Tənzimlənməsi Təşkilatı (SRA) keçirməkdədir. Təşkilatın saytı ilə buradan tanış olmaq mümkündür.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının qeyd olunan yurisdiksiyada tanınması faktı öz təsdiqini Vəkilliyin Tənzimlənməsi Təşkilatının (SRA) rəsmi internet səhifəsində tapmışdır - keçid