Respublika günü və Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Dünən Sumqayıt Regional Vəkil Bürosunda əhalinin aztəminatlı təbəqəsinə ödənişsiz hüquqi yardım göstərilib.
Büroda fəaliyyət göstərən vəkillər tərəfindən bilavasitə göstərilən hüquqi yardımdan gün ərzində olan 38 nəfər yararlanıb. Müraciət edənlərin əksəriyyəti Sumqayıt şəhər sakinləri və Sumqayıtda məskunlaşmış qaçqın və məcburi köçkünlər olub.
Büronun kollektivi tərəfindən bu kimi ödənişsiz hüquqi yardım aksiyalarının gələcəkdə də həyata keçirilməsi barədə qərar qəbl edilib. Xəbərlə bu keçid vasitəsi ilə tanış ola bilərsiniz.