Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Bugün Vəkillər Kollegiyasının Rəyasət Heyətində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilmişdir.

26 fevral 2018    2810 share share

Tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində baş vermiş hadisələr barədə ətraflı məlumat vermiş, törədilən soyqırımın daim təbliğ edilməsinin və beynəlxalq ictimaiyyətə tanıdılmasının əhəmiyyətini qeyd etmişdir.

Bundan əlavə, Xocalı soyqırımı qurbanlarının hüquqlarının müdafiəsi məsələsinə də toxunulmuş, vəkillər tərəfindən bu şəxslərə əvəzsiz hüquqi yardım göstərilməsi təklif olunmuşdur.

Tədbirdə Xocalı faciəsi ilə bağlı qısa film nümayiş etdirilmiş, daha sonra isə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.