Hörmətli oxucular!
Bu günlərdə “Azərbaycan Vəkili” jurnalının 17-ci sayı işıq üzü görmüşdür. Qeyd olunmalıdır ki, Jurnalın bu sayı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) maliyyə dəstəyi ilə çap olunumuş və vəkillər arasında pulsuz paylanılması nəzərədə tutulmuşdur.
Nəşrin bu sayında oxucular maraqlı müəllif yazıları ilə tanış ediləcəklər ki, bura Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun Almaniyada vəkillərin intizam məsuliyyəti, vəkil Günay Cəfərlinin kriptovalyuta ilə aparılan əməliyyatlar zamanı vergi cinayətləri ilə mübarizənin aktual problemləri, vəkil Hüseyn Əsgərovun hüquqi yardım hüququnun formalaşması və inkişaf tarixi və s. aktual hüquqi mövzulara həsr olunmuş yazıları daxildir.
Eyni zamanda qeyd olunmalıdır ki, jurnalın bu sayında yerli və beynəlxalq hüquq xəbərləri mövzusuna, o cümlədən hüquqi maarifləndirmə üzrə açıqcalara xüsusi yer verilərək oxuculara faydalı məlumatlar təqdim edilmişdir.
Məlumat üçün bildirək ki, “Azərbaycan Vəkili” jurnalına istənilən hüquqşünas hüququn aktual məsələlərinə həsr olunmuş yazılar, məqalələr verməyə dəvət olunurlar. Bunun üçün məqalə göndərmək istəyən şəxslər
office@barassociation.az ünvanına öz yazılarını göndərə bilərlər. Yazılar tarix baxımından daxil olma ardıcıllığına görə jurnalda işıq üzü görəcəkdir.
Qeyd olunmalıdır ki, Jurnal Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma" regional proqramının maliyyə dəstəyi ilə işıq üzü görmüş, Vəkillər Kollegiyasının üzvləri, həmçinin digər hüquqşünaslar arasında pulsuz paylanılmaq üçün nəzərdə tutulmuşdur.
Qeyd: Jurnalın bu və əvvəlki sayları ilə Vəkillər Kollegiyasının veb-səhifəsindəki elektron bazada
bu linkə daxil olaraq tanış ola bilərsiniz.