Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: VƏKİLLƏRİN DİQQƏTİNƏ

19 iyun 2019    2068 share share

Bildiyiniz kimi, Azərbaycan vəkilliyi bu il öz 100 illiyini qeyd edir. Bununla bağlı, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən tədbirlər planı təsdiq olunaraq icrası uğurla davam etdirilməkdədir.

Tədbirlər çərçivəsində Kollegiyanın tarixinin dərin araşdırılması məqsədilə də müəyyən işlər görülür, o cümlədən müvafiq arxiv materialları araşdırılır, aidiyyəti qurumlardan əlaqəli sənədlər toplanılır, qocaman vəkillərimizin xatirələri qələmə alınır.

Hörmətli vəkillər!

Toplanılmış materialları daha da zənginləşdirmək məqsədilə Kollegiyanın tarixinə aid məlumatların (kitablar, mətbu nəşrlər, foto və video müteriallar və s.) Rəyasət Heyətinə və ya Sizə ən yaxın vəkil bürosuna təqdim etməyinizi xahiş edirik (əlaqəli şəxs - Seymur Səfərov, 012-594-14-95, 055-999-23-66, seymur.safarov@barassociation.az)