Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Pensiya qanunvericiliyi ilə bağlı seminar keçirilmişdir

21 iyun 2019    1916 share share

Bugün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Pensiya qanunvericiliyinin praktikada tətbiqi problemləri” mövzusunda seminar keçirilmişdir.

20-dən çox vəkil və vəkilliyə namizədin iştirakı ilə keçirilən seminar Vəkillər Kollegiyasının üzvü, professor Mayis Əliyev tərəfindən aparılmışdır. Seminarda pensiya qanunvericiliyinin praktikata tətbiqi ilə bağlı problemlər və bununla bağlı formalaşmış məhkəmə təcrübəsi müzakirə edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.