Bu gün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin 1-ci müşaviri Denis Daniilidis Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etmişdir. Nümayəndəliyin siyasət, iqtisadiyyat və informasiya şöbəsinə rəhbərlik edən cənab Daniilidis Vəkillər Kollegiyasına səfərinin məqsədini son dövlər Kollegiya tərəfindən görülmüş işlərlə tanışlıq, qurumun fəaliyyətinin təkmilləşdirilməsi üçün Avropa İttifaqı ilə hansı sahələrdə əməkdaşlığın perpektivlərinin öyərilməsi ilə bağlı olduğunu bildirmişdir.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov qonağı salamlayaraq, son dövrlər Kollegiya tərəfindən vəkillərin sayının artırılması ilə bağlı həyata keçirilən təbirlərlə yanaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 fevral 2018-ci il tarixdə qəbul olunmuş “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın ölkə vəkilliyi üçün tarixi əhəmiyyəti, habelə yaxın gələcəkdə bu Sərəncamdan irəli gəlinərək aztəminatlı əhali qrupunun ödənişsiz hüquqi yardıma çatımlılığında müsbət dəyişikliklərin olacağı barədə öz fikirlərini bölüşmüşdür.
Görüşdə Vəkillər Kollegiyasının sədrinin müavinləri Aydın Axundov, Pərviz Ələkbərov da iştirak etmişlər.
Sonda qonaqla xatirə fotosu çəkilmişdir.