Cari ilin 16-21 iyun tarixlərində ABŞ-nin Orlando şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) növbəti plenar iclası keçirilmişdir.
Plenar iclasın yekununda Koreya Xalq Demokratik Respublikası və İran İslam Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mövcud risklərlə bağlı İctimai Bəyanat 2019-cu il 21 iyun tarixində qəbul edilmişdir.
Vəkillər Kollegiyasının nəzarət tədbirləri tətbiq olunan aidiyyəti monitorinqdə iştirak edən digər şəxslər qisminə daxil olmasını nəzərə alaraq, İctimai Bəyanatın rəsmi mətni FATF-nin internet səhifəsində bu
KEÇİDDƏN tanış olmaq üçün sizlərin diqqətinə təqdim olunur.