İyulun 4-7-də Polşanın Qdansk şəhərində Vəkillərin Avropa Assosiasiyasının və Qdansk Regional Vəkillər Kollegiyasınn təşkilatçılığı ilə “Fərdi məlumatların mühafizəsi: nəzəriyyə və təcrübə” başlığı altında beynəlxalq konfrans keçirilmişdir.
Konfransın məqsədini eyni zamanda Şərqi, Mərkəzi Avropa və digər ölkələrın vəkilləri arasında əməkdaşlıq münasibətlərinin qurulması və bu münasibətlərin inkişaf etdirilməsi təşkil edir.
Tədbirdə Vəkillərin Avropa Assosiasiyasının prezidenti Maria Slazak, Kalininqrad Vəkillər Kollegiyasının sədr müavini Aleksey Sozvaryev, Özbəkistan Vəkillər Kollegiyasının sədr müavini Şuxrat Sadıxov, Qazaxıstan Vəkillər Kollegiyasından Segey Sizintsev, Belarus Vəkillər Kollegiyasının sədri Viktor Çayçits və digər ölkələrin vəkillər assosiasiyalarının rəsmi şəxsləri iştirak etmişlər.
Konfrans ərzində Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Polşa, İspaniya, Belarus, Qazaxıstan, Özbəkistanda fərdi məlumatların mühafizəsinin qanunvericilik rejimləri barədə ətraflı təqdimatlar dinlənilmişdir.
Qeyd olunmalıdır ki, ölkəmiz tədbirdə Azərbaycan Respublikasının Vəkillərin Kollegiyasının sədri Anar Bağırov və sədr müavini Pərviz Ələkbərov tərəfindən təmsil olunmuşdur. Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Azərbaycanda fərdi məlumatların mühafizəsinin qanunvericilik təminatları” mövzusunda təqdimatla çıxış etmişdir.