Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: Vəkillər üçün İngilis dili kursuna qeydiyyat başlamışdır

19 iyul 2019    4118 share share

Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin təşəbbüsü və "Kəngərli və partnyorları" vəkili bürosunun dəstəyi ilə vəkillər üçün ödənişsiz İngilis dili kurslarının təşkil edilməsi nəzərdə tutulmuşdur.

Kurslarda iştirak etmək istəyən vəkillər 012 436 64 70 telefon nömrəsi və ya ismayil@kangarlilaw.az ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Dərslərin 01.08.2019 tarixdə başlanılması nəzərdə tutulur. Həftədə 2 dəfə olmaqla baş tutacaq dərslər 2 ay davam edəcəkdir. Müraciət üçün son tarix 29.07.2019-dir.

Tədris iştirakçıların və qrupların sayından asılı olaraq dərslər Vəkillər Kollegiyasının Rəyasət Heyətinin inzibati binasında və “Kəngərli və partnyorları” vəkili bürosunda aparılacaqdır.

Tədris zamanı İngilis dili müəllimindən əlavə ABŞ və Avropa təhsilli vəkillərin təqdimatları olacaqdır.

Yerlərin məhdud olduğunu nəzərə alaraq, ən qısa zamanda qeydiyyatdan keçməyiniz tövsiyə olunur.