Bu gün Vəkillər Kollegiyasının futbol komandasının üzvləri Rəyasət Heyətində olmuşlar. Komanda üzvləri Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüşmüş, cari ilin iyun ayında İrlandiyanın Limerik şəhərində “Eurolawyers” adlandırılan, Avropa ölkələrinin hüquqşünasları və vəkilləri arasında keçirilən ən böyük futbol turniri barədə təəssüratlarını bölümüşlər. Kollegiyanın sədri komanda üzvlərini İrlandiyada əzmkar oyun nümayiş etdirmələri ilə bağlı komanda üzvlərinə öz təşəkkürünü bildirmiş, Vəkillər Kollegiyasının hər zaman bu kimi tədbirlərə dəstək verməkdə maraqlı olduğunu qeyd etmişdir.
Qeyd olunmalıdır ki, Azərbaycan vəkilliyinin 100 illiyi silsilə tədbirləri çərçivəsində bu ilin oktyabr ayının əvvəlində 1-ci Cənubi Qafqaz Beynəlxalq Futbol Turnirinin keçiriləcəkdir. Turnirdə müxtəlif Avropa və bir sıra digər ölkələrin vəkillərdən ibarət futbol komandaları iştirak edəcəklər. Həmin turnirdə Vəkillər Kollegiyasının üzvlərindən ibarət yığma futbol komandalarının iştirakı da nəzərdə tutulmuşdur. Beynəlxalq turnirdən sonra oktyabr ayının sonlarından başlayaraq, 2-ci Vəkillərin Futbol Turnirinin (VFL) keçirilməsi gözlənilir.