Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: Tiflisdə Beynəlxalq Hüquq Forumunda iştirak etmək istəyən vəkillərin nəzərinə!

25 iyul 2019    1705 share share

6-7 sentyabr tarixlərində Tiflisdə Gürcüstan Vəkillər Kollegiyası, Honq-Konq Hüquq Cəmiyyəti və Avropa Hüquqşünaslar Assosiasiyası tərəfindən Beynəlxalq Hüquq Forumu təşkil ediləcəkdir. Forum “Bir kəmər, bir yol” təşəbbüsünə həsr olunacaq və forumda bu təşəbbüslə bağlı biznes imkanlarının hüquqi aspektləri müzakirə olunacaqdır.

Forumda mühazirəçi və qonaqlar qismində təcrübəli hüquqşünaslar, dövlət rəsmiləri, biznes və akademik sahə nümayəndələri iştirak edəcəklər.

Beynəlxalq Hüquq Forumunda iştirak etmək istəyən vəkillər www.tbilisilegalforum.com veb-səhifəsi vasitəsilə ətraflı məlumat əldə edə və qeydiyyatdan keçə bilərlər.

Qeyd olunmalıdır ki, tədbirdə iştirak və səfər xərcləri iştirakçıların özləri tərəfindən qarşılanmalıdır.