Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər üçün İngilis dili kurslarının keçirilməsinə başlanılmışdır

02 avqust 2019    2037 share share

Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin təşəbbüsü və "Kəngərli və partnyorları" vəkili bürosunun dəstəyi ilə vəkillər üçün ödənişsiz İngilis dili kursları təşkil edilmişdir.

Dərslər bu gündən etibarən başlayaraq həftədə 2 dəfə olmaqla 2 ay davam edəcəkdir. Tədrisin yekununda vəkillərin biliklərinin qiymətləndirilməsi məqsədilə imtahan keçiriləcəkdir.

Qeyd olunmalıdır ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin inzibati binasında və “Kəngərli və partnyorları” vəkil bürosunda aparılacaq dərslərdə iştirak etmək üçün 40-dək vəkil müraciət etmiş və müvafiq olaraq iki qrupa ayrılmışdır.

Tədris zamanı İngilis dili müəllimindən əlavə ABŞ və Avropa təhsilli vəkillərimizin İngilis dilində təqdimatları nəzərdə tutulmuşdur.