Məlum olduğu kimi, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 90 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılmışdır. Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının şifahi mərhələsindən müvəffəqiyyət qazanmış namizədlərin 02.09.2019-cu il tarixdə, saat 09:00-dan gec olmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında olmaları xahiş olunur. (Ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158. Əlavə məlumat üçün: +994 12 594 14 95)
İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaqdır. Həmçinin, namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.