Bu gün Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq cari ilin aprel ayında başlanılmış və daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 240 nəfər hüquqşünas vəkil olmaq üçün öz namizədliyini irəli sürmüş və 3 saat davam edən imtahanda bilavasitə 237 nəfər iştirak etmiş, onlardan 189 nəfəri 60 və daha yüksək bal toplamışdır ki, bu da 79,7 faiz təşkil edir.
Ən yüksək nəticə göstərən namizəd 95 bal toplamışdır.
Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak etmişdir.
Qeyd:
1. Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsinin nəticələrindən şikayət vermək istəyən şəxslər 09-11.09.2019-cu il tarixlərində +994125941495 (Orxan Babayev) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
1. Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsini uğurla keçmiş və şifahi müsahibə mərhələsində iştirak etmək üçün tələb olunan sənədləri təqdim etməmiş namizədlər oktyabr ayının 20-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
3. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
4. Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
5. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
6. 3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
7. Vəkilin şəxsi məlumat vərəqəsi;
8. Tərcümeyi-hal.
3. Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının şifahi müsahibə mərhələsinin vaxtı ilə bağlı namizədlərə əlavə məlumat veriləcəkdir.
4. Vəkilliyə qəbul üçün təqdim olunmuş sənədlərlə ilkin doldurulmuş ərizə-anket formasında qeyd olunmuş məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaqdır.
Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən 60
və daha yuxarı bal toplamış namizədlərin
SİYAHISI