Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASI RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

09 sentyabr 2019    3058 share share

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər və ölkə üzrə vəkil qurumlarının fəaliyyətinin optimallaşdırılmasının zərurəti barədə, o cümlədən, 08.09.2019-cu il tarixdə keçirilmiş vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsinin nəticələri haqqında məlumat vermişdir.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə, o cümlədən, bəzi vəkilliyə namizədlərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılmış və müsbət qərar verilmiş, həmin şəxslər iclasda vəkil andı içmişlər.

İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.