Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

AZƏRBAYCAN RESPUBLİKASI VƏKİLLƏR KOLLEGİYASININ BƏYANATI

13 sentyabr 2019    1846 share share

Bu gün bəzi KİV-də vəkil kimi təqdim edilən Ələkbərli Firudin adlı şəxsin Tovuz rayonunda öz “vəkil” otağında güllələnməsi barədə təhrif olunmuş xəbərlər yayılmışdır.

Bununla əlqadar, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bildirir ki, adı çəkilən Ələkbərli Firudin Vəkillər Kollegiyasının üzvü deyil və cinayət hadisənin baş verdiyi yerin Vəkillər Kollegiyasına aidiyyəti yoxdur.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bəzi kütləvi informasiya vasitələrində yoxlanılmamış, təhrif olunmuş və ictimaiyyətin çaşdırılmasına yönəlmiş bu kimi məlumatların yayılması hallarına təəssüf edir və KİV nümayəndələrinə bu kimi hallarda şəxsin vəkil olub-olmamasını müəyyən etmək üçün Kollegiyanın rəsmi internet səhifəsində (barassociation.az) vəkillərin reyestri bölməsindən istifadə etmələrini tövsiyə edir.