Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: Qusar və ətraf rayonların əhalisinin diqqətinə - Pulsuz hüquqi yardım

19 sentyabr 2019    1080 share share

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.

Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 21 sentyabr 2019-cu il tarixdə, Xırdalan şəhər Vəkil Bürosu tərəfindən Qusar rayonu, Heydər Əliyev Mərkəzində, saat 10:00-13:00-da Qusar və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulmuşdur.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.