Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: Vəkilliyə, hakimliyə, ədliyyə, prokurorluq və dövlət qulluğuna hazırlıq kursları

23 sentyabr 2019    8434 share share

Hörmətli hüquqşünaslar!

Vəkilliyə, hakimliyə, ədliyyə, prokurorluq və dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün ixtisas imtahalarına hazırlıq kursları barədə məlumatı Sizə təqdim edirik.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşəbbüsü ilə Bakı şəhəri 20 saylı Vəkil Bürosu tərəfindən vəkilliyə, hakimliyə, ədliyyə, prokurorluq və dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün ixtisas imtahanlarına hazırlıq kursları təşkil edilmişdir.

Qeyd olunmalıdır ki, tədris kurslarına 1 oktyabr 2019-cu il tarixdən başlanılması nəzərdə tutulmuşdur. Dərslər həftənin iş günləri axşam saatlarında, həftənin şənbə günləri isə gündüz saatlarında keçiriləcəkdir.

Kurslar aylıq 16 akademik dərs saatı və sınaq imtahalarını əhatə edir. Bu isə dinləyicilərə test prosesini əvvəlcədən mənimsəmək və hazırlıq səviyyəsini adekvat qiymətləndirmək imkanı yaradacaqdır.

Kursların tədris proqramı son dəyişikliklərə uyğun şəkildə, yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları hərtərəfli təhlil edilməklə hazırlanmışdır. Məşğələlərdə mühazirəçi qismində bu sahədə kifayət qədər tədris-təlim təcrübəsinə malik, ölkənin qabaqcıl ali tədris müəssisələrinin müəllim kollektivi çıxış edəcəkdir.

Tədris materialları yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları üzrə qruplaşdırılacaqdır. Tədris olunacaq mövzular imtahan sualları çərçivəsində maddi və prosessual hüququn incəliklərini mənimsəməyə, həmçinin qanunvericiliyin əsasları ilə hərtərəfli tanış olmağa imkan verəcək qədər geniş əhatə olunacaqdır.

Tədris olunacaq əsas mövzu blokları:
1. Mülki hüquq;
2. Mənzil, vərəsəlik, əmək və ailə hüququ;
3. Mülki proses;
4. İnzibati proses;
5. Cinayət hüququ və cinayət prosesi;
6. Konstitusiya hüququ, beynəlxalq hüquq;

Dərslər Bakı şəhəri, Məmməd Araz 105A ünvanda keçiriləcəkdir.

Dərslər aşağıdakı mühazirəçi-müəllimlər tərəfindən keçiriləcəkdir:
Cinayət hüququ, cinayət prosesi, inzibati hüquq - Qədirov Asif Xanoğlan oğlu - hüquq üzrə fəlsəfə doktoru, vəkil, Bakı Dövlət Universitetinin dosenti.
Mülki hüquq, mülki proses - Yolçiyev Mübariz Xalid oğlu - hüquq üzrə fəlsəfə doktoru, vəkil, Bakı Dövlət Universitetinin müəllimi
Konstitusiya hüququ, beynəlxalq hüquq - Yusufov Şiraslan Teymur oğlu, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi

Kurslarda iştirak etmək üçün 012-561-00-13, 070-746-33-49,050-494-24-14 telefon nömrələrinə və ya vekillikmektebi@gmail.com elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, kursun birinci buraxılış dinləyiciləri son hakimliyə və vəkilliyə qəbul yazılı test imtahanlarında yüksək nəticə göstərmişlər. Hakimliyə qəbul üçün imtahan verən namizədlərimizin hamısı, vəkilliyə qəbul üçün imtahan verənlərdən isə bir nəfər istisna olmaqla, bütün namizədlər yüksək nəticələrlə test imtahanlarını keçmişlər.