Sentyabr ayının 24-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər və ölkə üzrə vəkil qurumlarının fəaliyyətinin optimallaşdırılmasının zərurəti barədə məlumat vermişdir.
Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılmış, bundan başqa, Bakı şəhəri 28 və 29 saylı Vəkil Bürolarının təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar verilmişdir.
İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.