Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Neftçala və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilmişdir

30 sentyabr 2019    427

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunmuşdur.

Göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, 28 sentyabr tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Neftçala və ətraf rayonların əhalisinə ödənişsiz hüquqi yardım göstərilmişdir.

"Faiq Nağıyev və partnyorları" və "Kredo" Vəkil Bürosu tərəfindən Neftçala rayonu Heydər Əliyev Mərkəzində 20-dək çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilmiş, onların problemləri ilə tanış olunmuş, müvafiq məsləhətlər verilmiş, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılmışdır. 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulmuşdur.