Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: İngilisdilli vəkillər üçün təlim

01 oktyabr 2019    2088 share share

"Vəkillər sahibkarlara məsuliyyətli iş barədə qlobal minimum standart barədə məsləhətlər verə bilməlidirlər." - BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri (UNGPs).

Sahibkarlar, vəkillər kimi insan hüquqlarına hörmətlə yanaşmalıdır. Bu nə deməkdir? Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Azərbaycan Vəkilliyinin 100 illik yubileyi çərçivəsində UNGP üzrə beynəlxalq səviyyədə aparıcı mütəxəssis cənab Sune Skadegaard Thorseni, UNGP və onun vəkillər üçün əhəmiyyəti barədə təlim keçməsi üçün dəvət etmişdir.

Təlim 7 oktyabr, saat 09:00-13:00-da Vəkillər Kollegiyasının inzibati binasında keçiriləcəkdir. 

Vəkillər Kollegiyasının ingilisdilli üzvləri təlimdə iştirak edə bilərlər.

Təlimdə iştirak etmək arzusunda olan vəkillər sanan.shirinov@barassociation.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.