Bu gün “ADA” Universitetində Azərbayaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi ilə Universitetin rəhbərliyi arasında görüş keçirilmişdir.
Universitet rəhbərliyinin dəvəti ilə keçirilmiş görüşün məqsədi Kollegiya ilə Universitet arasında əməkdaşlıq münasibətlərinin qurulmasından ibarət idi. Görüşdə xüsusilə “ADA”da yeni yaradılmış hüquq fakültəsinin fəaliyyətinə dəstəyin verilməsi, tələbələr üçün təcrübə proqramlarının təşkili, akademik sahədə püxtələşmiş vəkillərin Universitetin tədris fəaliyyətinə cəlb edilməsi, gələcəkdə Universitet nəzdində hüquq klinikasının qurulması üzrə işlərin görülməsi və maraq kəsb edən digər məsələlər müzakirə edilmiş, bu istiqamətdə atılacaq növbəti addımlar barədə ümumi razılığa gəlinmişdir.