Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Sabirabad və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilmişdir

19 oktyabr 2019    2053 share share

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunmuşdur.

Göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, 19 oktyabr tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Sabirabad və ətraf rayonların əhalisinə ödənişsiz hüquqi yardım göstərilmişdir.

"Femida" və 26 saylı Vəkil Bürosu tərəfindən Sabirabad rayonu Gənclər Mərkəzində 70-dək çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilmiş, onların problemləri ilə tanış olunmuş, müvafiq məsləhətlər verilmiş, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılmışdır. 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulmuşdur.