Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər üçün inzibati hüquqa dair təlim keçirilmişdir

21 oktyabr 2019    2418 share share

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2019-cu il fəaliyyət planına uyğun olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində vəkillər üçün silsilə seminarların keçirilməkdədir.

Tədbirlərin davamı olaraq, vəkillər üçün 18-20.10.2019-cu il tarixlərdə Dəvəçi rayonunda “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda mövzusunda seminar keçirilmiş, seminarda Vəkillər Kollegiyasının 20-dək üzvü iştirak etmişdir.

Seminarlarda ekspert qismində inzibati hüquq üzrə təlimçilərdən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Usubun və Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazovun mühazirələri dinlənilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Gələcəkdə Vəkillər Kollegiyası üzvləri üçün bu kimi tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulmuşdur.