Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VİDEO: VƏKİLLƏR KOLLEGİYASININ ÜZVLƏRİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞDİR

28 oktyabr 2019    2174 share share

Oktyabr ayının 25-də Özbəkistan Respublikasının Daşkənd şəhərində “Vəkillik institutunun inkişafı konsepsiyası: Özbəkistan və xarici ölkələrin təcrübəsi” mövzusuna həsr olunmuş vəkillərin Daşkənd beynəlxalq konfransı keçirilmişdir.

Konfransda bir sıra ölkələrin vəkillər kollegiyalarının, dövlət, qeyri-hökümət və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak etmişdir.

Beynəlxalq konfransda ölkəmizi Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov, Rəyasət Heyətinin üzvü Elçin Qəmbərov, Vəkillər Kollegiyasının üzvü Qeysər Cəfərov təmsil etmişdir.

Konfrans çərçivəsində vəkillik fəaliyyətini maraqlandıran bir sıra mövzular – müasir vəkilliyin təşkilati-hüquqi əsasları, vəkillik institutunun müstəqilliyinin və rolunun möhkəmləndirilməsi və digər mövzular müzakirə olunmuşdur.

Tədbirdə Elçin Qəmbərov “"Vəkillikdə islahat - Azərbaycan nümunəsi: görünən və görünməyən maneələr” mövzusunda çıxış edərək son dövrlər Azərbaycanda vəkillik institunun nüfuzunun artırılması istiqamətində həyata keçirilmiş tədbirlər, bununla bağlı ölkə başçısının 22.02.2018-ci il tarixli Sərəncamı və onun əhəmiyyəti, Sərəncam çərçivəsində görülmüş işlər və aparılmış islahatlar barədə tədbir iştirakçılarına məlumat vermişdir.