Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

PETİSİYAYA QOŞULMAQ ÜÇÜN: Azərbaycan və Türkiyə ictimaiyyətinin nəzərinə!

06 noyabr 2019    1937 share share


Son günlər ABŞ-da saxta “erməni soyqırımı” ilə bağlı qəbul olunmuş qərara və qondarma “DQR” təmsilçilərinə ABŞ-a viza verilməsinə və Konqresdə görüşlərinə etiraz olaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Türkiye Barolar Birliği, “Hüquqi təhlil və araşdırmalar” ictimai birliyinin birgə təşəbbüsü ilə ABŞ Prezidentinə və Konqresinə ünvanlamış müraciəti (petitsaya) imzalamaqla qoşulmağa çağırırıq.

Qeyd olunmalıdır ki, ATƏT-nin Minsk Qrupunun üzvü olan ABŞ dövlətinin qondarma “DQR”-na səfərə viza verməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin nizama salınmasına kölgə salmaqdadır.

Petisiyanı imzalamaq üçün bu KEÇİDDƏN istifadə olunmalıdır:

Açılan pəncərədə adınızı, soyadınızı və email ünvanınızı müvafiq xanalarda qeyd edərək “Подписать петицию” düyməsini sıxmağınız və petisiyanı öz facebook səhifənizdə paylaşmağınız xahiş olunur.