Noyabr ayının 15-də Rusiya Federasiyasının Çelyabink şəhərində Rusiya vəkilliyinin 155 illiyi və Çelyabinks vəkilliyinin 85 illiyi münasibəti ilə təntənəli mərasim keçirilmişdir.
Tədbir çərçivəsində 19-cu əsrdə yaşamış, Rusiya hüquq tarixində misilsiz xidmətləri olmuş nüfuzlu vəkil Fyodor Plevakonun abidəsinin ucaldılacağı parkda qoyulmuş xatirə nişanının açılışı edilmişdir.
Sonra bölgənin görkəmli vəkillərinin iştirakı ilə Çelyabinsk Diyarının Vəkillər Palatasında keçirilmiş görüşdə Palatanın iş fəaliyyəti barədə qonaqlara məlumat verilmişdir. Aparılmış müzakirələrdə vəkillik fəaliyyətini adir bir sıra mövzular – müasir vəkilliyin təşkilati-hüquqi əsasları, vəkillik institutunun müstəqilliyinin və rolunun möhkəmləndirilməsi və sair mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
Rəsmi hissədə Çelyabink Diyarının Vəkillər Palatasının üzvləri müxtəlif fəxri adlar, diplom və mükafatlarla təltif edilmişdir.
Tədbirdə dövlət və qeyri-hökümət təşkilatlarının, habelə regionların vəkillər palatalarının rəhbərləri və üzvləri iştirak etmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Qasım Şaliyev iştirak etmiş, son dövrlər Azərbaycanda vəkillik institunun inkişaf etdirilməsi üzrə həyata keçirilmiş tədbirlər barədə tədbir iştirakçılarına məlumat vermişdir.