Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

SOFİYADA “DEMOKRATİK CƏMİYYƏTDƏ VƏKİLLİYİN ROLU” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR

25 noyabr 2019    1523 share share

Noyabrın 21-22-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəhbərliyi Sofiya Vəkillər Kollegiyasının yubiley ili çərçivəsində keçirilən “Demokratik cəmiyyətdə qanunun aliliyi naminə vəkilliyin rolu” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir.

Bolqarıstan Vəkillər Kollegiyaları Şurasının dəvəti əsasında baş tutmuş səfərdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov və müavini Pərviz Ələkbərov Kollegiyanı təmsil etmişlər.

Tədbir Bolqarıstan Vəkillər Kollegiyaları Şurası, Sofiya Vəkillər Kollegiyası və Qanunun Aliliyi İnstitutunun (UIA) birgə təşkilatçılığı ilə baş tutumuşdur.

Tədbirdə Bolqarıstan ədliyyə naziri Danial Kirilov, Bolqarıstan Ali İnzibati Məhkəməsinin sədri Georgiy Çolakov, Bolqarıstan Vəkillər Kollegiyaları Şurasının sədri Ralista Neqentsova, Polşa, Turkiyə, Rusiya, İspaniya, İtaliya, Ukrayna və bir sıra digər ölkələrin vəkillər assosiasiyalarının nümayəndələri iştirak etmişlər. Konfransda “Qanunun aliliyi demokratik dövlətin əsas prinsiplərindən biri kimi”, “Vəkillərin müstəqilliyi və pozulmazlığı müdafiə hüququnun təminatı kimi”, “Qanunun aliliyinin təmin edilməsində vəkil qurumlarının rolu” mövzusunda yerli və beynəlxalq təcrübəyə dair məruzələr dinlənilmişdir.

Tədbirin rəsmi hissədindən sonra Sofiya Vəkillər Kollegiyasının yubiley ilinə həsr olunmuş axşam ziyafəti keçirilmişdir. Təntənəli ziyafətdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından hədiyyə qismində Bakı şəhərini əks etdirən rəsm əsəri Bolqaırstan Vəkillər Kollegiyalarının Şurasına təqdim olunmuşdur.