UNİCEF-in Azərbaycan Nümayəndəliyi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında Anlaşma Məktubuna əsasən vəkillər üçün “Uşaqlara hüquqi yardım göstərilməsinə dair beynəlxalq standartlar” mövzusunda təlim proqramının təşkili nəzərdə tutulmuşdur.
05-06.12.2019-cu il tarixlərində “Hyatt Regency" mehmanxanasının Nizami zalında keçiriləcək təlim Vəkillər Kollegiyasının üzvü, uşaqlar üçün hüquqi yardım sahəsində təcrübəli mütəxəssis Rafiq Alışov tərəfidən aparılacaqdır.
Təlimdə 20 nəfər vəkilin iştirakı nəzərdə tutulmuşdur. İştirak etmək arzusunda olan vəkillər iştirak barədə niyyət məktubunu (təlimin adı qeyd olunmaqla) Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına (
orkhan.babayev@barassociation.az) göndərə bilərlər.
Qeyd: Müraciətin göndərilmə sırasına uyğun olaraq seminarda iştirak edəcək namizədlərə cavab veriləcəkdir. Seminara seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin seminarda iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır.