Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

QAZAXISTAN PARLAMENTİ, ALİ MƏHKƏMƏSİ VƏ BAŞ PROKURORLUĞUNUN NÜMAYƏNDƏLƏRİ VƏKİLLƏR KOLLEGİYASINDA OLMUŞLAR

28 noyabr 2019    2587 share share

Bu gün Qazaxıstan Parlamentinin, Ali Məhkəməsinin, Baş Prokurorluğunun yüksək səviyyəli təmsilçiləri Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında olmuşlar.

Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) təşkilatçılığı ilə keçirilən görüşün məqsədi Azərbaycanın inzibati icraat və inzibati proses sahəsində islahatları ilə tanış olmaq və görülmüş işlərə Azərbaycan vəkillərinin münasibətinin öyrənməkdir.

Qonaqları salamlayan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov ölkəmizdə vəkillərin inzibati icraat və prosesdə müdafiə işinin qurulması təcrübəsi, vəkillərin bu sahədə ixtisaslarının artırılması və sair digər məsələlər barədə məlumat vermişdir.

Görüşdə Qazaxıstan Ali Məhkəməsinin ixtisaslaşdırılmış kollegiyasının sədri Aygül Kıdırbekova, Qazaxıstan Parlamentinin deputatı Kanatbek Safinov, Qazaıstan Baş porkurorluğunun nümayəndəsi Bolat Tazabekov və digər qonaqlar iştirak etmişlər.

Daha sonra Azərbaycan vəkilləri ölkəmizdə inzibati proses üzrə öz təcrübələrini qonaqlarla bölüşmüşdür.