Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: QOBU-2 YAŞAYIŞ MASSİVİNDƏ MƏSKUNLAŞMIŞ MƏCBURİ KÖÇKÜNLƏRƏ HÜQUQİ YARDIM GÖSTƏRİLƏCƏKDİR

29 noyabr 2019    1958 share share

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamından irəli gələn vacib məsələlərdən biri də aztəminatlı ailələrin keyfiyyətli hüquqi yardıma əlçatanlığın təmin edilməsidir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən bu vəzifələrin icrası istiqamətində tədbirlər həyata keçirilməkdədir.

Belə ki, mütəmadi olaraq, Respublikanın müxtəlif regionlarında hüquqi yardıma ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi üzrə tədbirlər icra olunur.

Məlumat üçün bildiririk ki, 7 dekabr 2019-cu il tarixdən başlayaraq hər ayın birinci və axırıncı həftəsinin şənbə günləri, məcburu köçkünlərin kompakt şəkildə məskunlaşdığı yaşayış məntəqələrində vətəndaşların hüquqi maarifləndirilməsi və onlara hüquqi yardım xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur.

Layihəyə 7 dekabr 2019-cu il tarixdə məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı “Qobu-2” yaşayış məntəqəsində yaşayan v ətəndaşlarımıza hüquqi yardım xidmətlərinin göstərilməsi planlaşdırılmışdır. Tədbir dekbarın 7-də (Şənbə günü) saat 11.00-dan 14.00-dək keçiriləcəkdir.

Tədbirdə hüquqi maarifləndirmə və hüquqi yardım işi Bakı şəhəri, 20 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkillər tərəfindən göstəriləcəkdir.