Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏRİMİZ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR

15 dekabr 2019    1797 share share

Bu yaxınlarda Qazaxıstan Respublikasının paytaxtı Nursultan şəhərində Qazaxıstan Vəkillər Kollegiyası, ATƏT və Hüquq Siyasətinin Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə “Müdafiə hüquq və çəkişmənin Qazaxıstanda səmərəli həyata keçirilməsi” mövzusunda Qazaxıstan vəkillərinin 4-cü forumu keçirilmişdir.

Forumda “Məhkəmə çəkişməsi və cinayət prosesində tərəflərin bərabərliyi: illüziya və reallıq”, “Yeni cinayət-prosessual institutların müdafiənin və keyfiyyətli hüquqi yardım fəaliyyətinin səmərəliliyinə təsiri” mövzularında panellər təşkil olumuş, mövzular ətrafında məruzələr dinlənilmişdir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından tədbirə vəkillər Rəna Məmmədova və Gülşən Salmanova iştirak etmişər. Daha sonra Gülşən Salmanova tərəfindən ölkəmizdə cinayət prosesində vəkillərin iştirakı praktikası, müdafiə işinin təşkilinin xüsusiyyətləri və son dönəmlər respublikamızda vəkillik sahəsində aparılan islahatlar barədə çıxış edilmişdir.