Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: Saatlı və ətraf rayonların əhalisinin diqqətinə - Pulsuz hüquqi yardım

18 dekabr 2019    1095 share share

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.

Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 21 dekabr 2019-cu il tarixdə Şirvan Regional Vəkil Bürosu tərəfindən Saatlı rayon Gənclər Mərkəzində, saat 10:00-13:00-da Saatlı və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcəkdir.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.